AFFA "Turan Tovuz"un 2026/2027 mövsümündə UEFA bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırıldığını təsdiqləyib.
Lent.az-ın xəbərinə görə, AFFA-nın yaydığı məlumatda bildirilib ki, UEFA tərəfindən AFFA İntizam Komitəsinin "Turan Tovuz"un futbolçularının danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırılması ilə bağlı 2019-cu il dekabrın 13-dəki qərarına istinad edilərək klubun UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə iştirak hüququ məsələsinə hüquqi qiymət verilməsi üçün iş UEFA-nın Apellyasiya Orqanına yönləndirilib. UEFA apellyasiya orqanının 2026-cı il iyunun 2-dəki qərarına əsasən, klub sözügedən turnirdə iştirak hüququndan məhrum edilib.
Qeyd edək ki, 2019-cu ildə I Divizionda çıxış edərkən danışılmış oyunlarla əlaqədar "Turan Tovuz"un 7 futbolçusu - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.
İdman xəbərləriMənbə: lent.az