IMG-LOGO

Nəsrin Cavadzadənin həyat yoldaşı ilə sevgi dolu paylaşımı

03 Jun 2026 13:00 5 baxış
IMG
5 0

Nəsrin Cavadzadə həyat yoldaşı ilə sevgi dolu paylaşımı ilə diqqət çəkib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, uğurlu aktrisa həyat yoldaşı Kadir Taner Uçarla birlikdə çəkilmiş fotolarını sosial media hesabında izləyiciləri ilə bölüşüb. Qısa zamanda böyük maraq doğuran paylaşım pərəstişkarlarından çoxlu bəyənmə və şərh toplayıb.

Toydan sonra Nəsrin Cavadzadənin sosial media paylaşımı diqqət çəkib. O, əvvəlcə toy məkanındakı boş stulların fotosunu paylaşıb, daha sonra isə özü və həyat yoldaşı Kadir Uçarın arxadan çəkilmiş şəklini izləyicilərinə təqdim edib.

Sevindirici xəbəri sosial media hesabında açıqlayan Cavadzadə, ağ ürək emojisi ilə birlikdə nikah şəhadətnaməsi ilə çəkilmiş fotosunu paylaşıb. Bu paylaşım qısa müddətdə böyük maraq doğurub. Paylaşıma Seda Sayanın “Vaxtımı alma, məni al” şərhi diqqət çəkib və izləyicilərdən çoxlu bəyənmə qazanıb.

 

 

 

 

Maqazin Şou xəbərlər Nəsrin Cavadzadə

Mənbə: lent.az

Xəbər lenti