IMG-LOGO

İki mindən çox müəllim iş yerini dəyişə biləcək

02 Jun 2026 19:04 2 baxış
IMG
0 0

Mayın 23-26-da keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib.

Bu barədə Lent.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müəllimlər şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.

Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla ümumilikdə 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək. Qeyd edək ki, sənədlər yoxlanıldıqdan sonra müəllimlər tutduqları vakant vəzifələrə təyin olunacaqlar.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi. müəllim

Mənbə: lent.az

Xəbər lenti