IMG-LOGO

Bu marşruta da yeni avtobuslar verilir

02 Jun 2026 17:46 2 baxış
IMG
3 0

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən keçirilən müsabiqəyə əsasən, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Buzovna qəsəbəsi ilə əlaqələndirən 107 nömrəli və Maştağa qəsəbəsi ilə əlaqələndirən 107A nömrəli müntəzəm marşrutların avtobusları yenilənir.

Lent.az-a AYNA-dan bildirilib ki, iyunun 3-dən hər iki şəhərətrafı marşrut üzrə sərnişinlərə müasir avtobuslarla xidmət göstəriləcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.

Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

AYNA Avtobuslar yenilənir

Mənbə: lent.az

Xəbər lenti