Xəbər verdiyimiz kimi, Zara İbrahimzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.
Lent.az "Bioqrafiya" rubrikasında Zara İbrahimzadə barədə məlumatları təqdim edir.
- Zara İbrahimzadə harada təhsil alıb?
- Zara İbrahimzadə ABŞ-ın Corc Mason Universitetində təhsil alıb.
- Zara İbrahimzadə hansı ölkələrdə işləyib?
- Zara İbrahimzadə 15 il Türkiyədə fəaliyyət göstərib.
O, müxtəlif şirkətlərdə, o cümlədən “LUKOİL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə şirkətlərində çalışıb.
Bu şirkətlərdə ayrı-ayrı marketinq və PR layihələrinin həyata keçirilməsinə rəhbərlik edib.
- Zara İbrahimzadə peşəkar karyerasına nə zamandan başlayıb?
- Zara İbrahimzadənin peşəkar karyerasına 2007-ci ildən başlayıb.
O, 2007-2015-ci illərdə LUKOIL EURASIA PETROL A.Ş.-də İctimaiyyətlə Əlaqələr və Reklam Meneceri kimi fəaliyyəti, eləcə də daha əvvəl Sparrows Group, EU TACIS layihəsi və Financial Times-da müxtəlif vəzifələrdə çalışıb.
2020-ci ildə ABB-nin Marketinq departamentinə direktor təyin edilib. 2023-cü ilin yanvarında həmin vəzifəsindən ayrılıb.
- Zara İbrahimzadə TƏBİB-dəki təyinatına qədər harada çalışıb?
- Zara İbrahimzadə 2023-cü ilin fevral ayında “PAŞA Bank” ASC-nin Marketinq departamentinin direktoru olub. Bu ilin yanvar ayında isə həmin vəzifısindən ayrılıb.
O, son təyinatına qədər “PAŞA Bank” ASC-nin Baş İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb.
Zara İbrahimzadə kimdir? TƏBİB təyinat Zara İbrahimzadə TƏBİBMənbə: lent.az