IMG-LOGO

Bu marşrutların avtobusları yeniləndi

01 Jun 2026 12:22 2 baxış
IMG
0 0

Hövsan və Suraxanı qəsəbələrini əlaqələndirən 161 nömrəli, eləcə də Ramana yaşayış kompleksini “Koroğlu” NMM ilə əlaqələndirən 162 nömrəli şəhərətrafı marşrutların avtobusları yenilənib. 

Lent.az-a AYNA-dan bildirilib ki, iyunun 1-dən hər iki müntəzəm marşrut üzrə müasir avtobuslar fəaliyyətə başlayıb. 

161 nömrəli marşrut üzrə 10 avtobus, 162 nömrəli marşrut üzrə isə 9 avtobus 9-10 dəqiqə intervalla sərnişinlərin xidmətindədir. 

Avtobuslarda ödəniş nağdsız qaydadadır.

Avtobuslar yeniləndi

Mənbə: lent.az

Xəbər lenti