IMG-LOGO

Ekologiya və Təbii Sərvətlər Nazirliyində bir gün

01 Jun 2026 11:23 2 baxış
IMG
0 0

“Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrində yerləşən bir sıra ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ekologiya və Təbii Sərvətlər Nazirliyində bir gün” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tanışlıq turu təşkil etdik”. 

Lent.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Məmmədova məlumat verib.

Deputat qeyd edib ki, layihənin əsas məqsədi şagirdlərin ekoloji biliklərinin artırılması, onların dünyagörüşünün genişləndirilməsi və ətraf mühitin qorunmasına dair maarifləndirilməsidir:

“Səfər çərçivəsində iştirakçılar üçün biomüxtəliflik və ekoloji tarazlıq mövzusunda maarifləndirici təqdimat keçirilib, təbiətin qorunmasının əhəmiyyəti və ekoloji tarazlığın saxlanılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Eyni zamanda rəqəmsal ekologiya və innovativ yanaşmalar mövzusunda çıxış edilərək müasir texnologiyaların ekologiya sahəsində tətbiqi, innovativ həllərin ətraf mühitin mühafizəsində rolu diqqətə çatdırılıb".

Layihə iştirakçılarına dibçəkdə əkilmiş tinglər və “Yaşıl Gələcək” sertifikatları təqdim olunub. Şagirdlər daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ilə görüşərək onları maraqlandıran sualları ünvanlayıblar.

Səfər çərçivəsində şagirdlər Azərbaycan Geologiya Muzeyində də olublar. Burada onlara Azərbaycanın geoloji irsi, faydalı qazıntıları və təbii sərvətləri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, bu kimi layihələr uşaqlarda təbiətə sevgi, ekoloji məsuliyyət hissi və elmə marağın formalaşmasına mühüm töhfə verir, gələcək nəsillərin daha şüurlu və məsuliyyətli yetişməsində əhəmiyyətli rol oynayır”, - deyə deputat vurğulayıb.

deputat Nigar Məmmədova sosial xəbərlər

Mənbə: lent.az

Xəbər lenti