IMG-LOGO

May ayında 85 nəfər zəhərləndi, ikisi öldü

01 Jun 2026 11:30 3 baxış
IMG
0 0

2026-cı ilin may ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

KTM-dən Lent.az-a bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 83 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

May ayı zəhərlənmə

Mənbə: lent.az

Xəbər lenti