IMG-LOGO

Azərbaycanda sürücülük vəsiqələrində hicab qadağası götürüldü

15 Nov 2023 11:09 127 baxış
IMG

Azərbaycanda sürücülük vəsiqələrində qadınların hicabla fotolarının yerləşdirilməsinə qoyulan qadağa aradan qaldırılıb.

Bu barədə Lent.az-a sürücülük vəsiqəsi alan xanımlar məlumat veriblər.

Qeyd edək ki, uzun müddət idi Azərbaycanda şəxsiyyət və sürücülük vəsiqələrində xanımların hicablı fotolarına qadağa qoyulmuşdu. Bu da inanclı insanlar arasında narazılıqla qarşılanıb.

Mənbə: lent.az

Xəbər lenti