IMG-LOGO

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın üç silah anbarını məhv edib

31 May 2026 18:10 3 baxış
IMG

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının bir neçə rayonunda HƏMAS-ın üç silah anbarına hücum edib.

"Report"un "Ynet"ə istinadən məlumatına görə, bu barədə ordunun rəsmi nümayəndəsi bildirib.

Qeyd olunub ki, həmin anbarlarda partlayıcı maddələr, uzaqmənzilli silahlar, snayper tüfəngləri və əlavə hərbi təchizat saxlanılıb.

"Anbarlardan birində terror təşkilatının döyüş əməliyyatları aparmaq üçün istifadə etdiyi 10-a yaxın yolsuzluq avtomobili məhv edilib", - məlumatda vurğulanıb.

Mənbə: report.az

Xəbər lenti