IMG-LOGO

Qətər Hörmüz boğazında müvəqqəti rüsumların tətbiqi ilə bağlı müzakirələrə hazırdır

31 May 2026 18:21 3 baxış
IMG

Qətər gəmilərin Hörmüz boğazından keçməsi üçün daimi rüsumların tətbiqini dəstəkləmir, lakin gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş müvəqqəti yığımları müzakirə etməyə hazırdır.

"Report"un "Doha News"a istinadən xəbərinə görə, bu barədə Qətərin Baş nazirinin müavini və müdafiə işləri üzrə naziri Şeyx Səud bin Əbdürrəhman Al Tani "Şanqri-La Dialoqu" təhlükəsizlik forumunda bəyan edib.

Onun sözlərinə görə, daimi rüsumlar nəticə etibarilə istehlakçıların üzərinə düşür, buna görə də Fars körfəzi ölkələri belə tədbirlərə qarşı çıxır.

Bununla yanaşı, nazir qeyd edib ki, əgər vəsaitlər xüsusilə minalardan təmizləmə və ya naviqasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün digər tədbirlərə yönəldiləcəksə, müvəqqəti yığımlar müzakirə mövzusu ola bilər.

Əvvəllər İranda Hörmüz boğazında gəmilərin hərəkətinin idarə edilməsi mexanizminin hazırlandığı, ayrı-ayrı xidmətlər üçün ödəniş alınmasının nəzərdə tutulduğu elan edilmişdi.

Mənbə: report.az

Xəbər lenti