İsrailin Qəzza zolağında hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 73 minə yaxınlaşıb.
"Report" xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
"2023-cü il oktyabrın 7-dən bu günə qədər İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 72.939 nəfər həlak olub, 172.927 nəfər yaralanıb", - deyə nazirlik qeyd edib.
Son 24 saat ərzində Qəzzada bir cəsəd və səkkiz yaralı xəstəxanalara yerləşdirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin oktyabr ayında atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumları nəticəsində 930 fələstinli həlak olub, 2819 nəfər yaralanıb.
Mənbə: report.az