2023-cü ildə Kristof Qaltyerin gedişindən sonra Nasser Əl-Xelaifi PSJ-də yeni məşqçi axtarıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Qətərdəki müzakirələr zamanı Mikel Artetanın adı gündəmə gəlib. Parislilərin məntiqi başa düşülən olub: onlar PSJ ilə əlaqələri olan bir məşqçi gətirmək istəyiblər.
2023-cü ilin yazında bir neçə qeyri-rəsmi əlaqədən başqa, Arteta ilə heç bir danışıqlar aparılmayıb.
“Arsenal” baş məşqçisi 2019-cu ildə rəhbərlik etdiyi komandanın inkişafına çox səy göstərdiyi üçün "topçular"dan ayrılmayacağını açıq şəkildə bildirib.
Nəticədə Luis Enrike PSJ-nin vaş məşqçisi təyin edilib.
Qeyd edək ki, Çempionlar Liqasının mayın 30-da keçirilən final oyununda PSJ ilə "Arsenal" qarşılaşıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə qalib onbir metrlik zərbələrdən sonra müəyyənləşib.
PSJ 4:3 hesabı ilə dalbadal ikinci mövsüm Çempionlar Liqasının qalibi olub.
İdman xəbərləri

Mənbə: lent.az