IMG-LOGO

Hindistan benzin, dizel və aviasiya yanacağı üzrə ixrac rüsumlarını azaldır

31 May 2026 11:25 2 baxış
IMG

Hindistan iyunun 1-dən benzin, dizel və aviasiya yanacağı ATF üzrə ixrac rüsumlarını azaldır.

"Report" xəbər verir ki, bu məlumatı Hindistan hökuməti yerli mediaya açıqlayıb.

Qərara əsasən, yaxın iki həftə ərzində benzin üzrə ixrac rüsumu litrinə 1,5rupi (0,02 dollar), dizel üzrə 13,5 (0,14 dollar), ATF üzrə litrinə 9,5 (0,10 dollar) rupi təşkil edəcək.

Qeyd olunur ki, dərəcələr hər iki həftədən bir əvvəlki icmaldan sonrakı dövr üçün neftin, benzinin, dizelin və ATF-nin orta dünya qiymətləri nəzərə alınmaqla yenidən baxılır. Bu zaman daxili istehlak üçün nəzərdə tutulan benzin və dizel üzrə aksiz vergiləri dəyişməz qalır.

Mənbə: report.az

Xəbər lenti