Yaponiyada Okinavaya tayfun yaxınlaşması ilə əlaqədar ən azı 290 uçuş ləğv edilib.
"Report" xəbər verir ki, bu barədə NHK televiziya kanalı məlumat yayıb.
Ləğv edilmiş uçuşların 31 may - 2 iyun tarixləri arasında Okinavaya yola düşməsi və ya ordan uçması etməsi planlaşdırılırdı.
Milli Meteorologiya Administrasiyasının məlumatına görə, tayfunun episentri Okinavanın cənubunda yerləşir və şimala doğru hərəkət edir. Tayfunun iyunun 1-də Amami adalarına, ertəsi gün isə Okinava prefekturasının əsas adasına çatacağı gözlənilir.
Mənbə: report.az