IMG-LOGO

Vaşinqtonda kimyəvi rezervuarda qəza zamanı 11 nəfər həlak olub

31 May 2026 10:02 3 baxış
IMG

ABŞ-nin Vaşinqton ştatında Lonqvyu şəhərindəki Nippon Dynawave Packaging müəssisəsində kimyəvi rezervuarın partlaması nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, xilasetmə qüvvələri itkin düşmüş hesab edilən doqquz nəfərin hamısının meyitini aşkar edib.

Qəza mayın 26-da sellüloz-kağız zavodunda baş verib. Rezervuarda təxminən 900 min qallon və ya 3,4 milyon litr "ağ qələvi" adlanan kağız kütləsinin istehsalında istifadə olunan natrium hidroksid və natrium sulfid məhlulu var idi.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, çirkləndirici maddələrin bir hissəsi Kolumbiya çayına düşüb. Bununla belə, Lonqvyu şəhərində hava və içməli suyun keyfiyyətinə mənfi təsir hələlik aşkar edilməyib.

Xatırladaq ki, "Nippon Dynawave Packaging" Yaponiyanın "Nippon Paper Industries" şirkətinin törəmə strukturudur.

Mənbə: report.az

Xəbər lenti