IMG-LOGO

"Sərhədsiz həkimlər": Konqoda Ebola epidemiyası ilə bağlı vəziyyət narahatlıq doğurur

31 May 2026 06:06 4 baxış
IMG

Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası fonunda vəziyyət narahatlıq doğurur.

"Report"un məlumatına görə, bu barədə beynəlxalq təşkilatın əməliyyatlar üzrə direktor müavini Alan Qonsales bildirib.

Onun sözlərinə görə, İturi əyalətində yoluxma hallarının kəskin artmasından iki həftə sonra xəstəlik yerli sakinlər və səhiyyə işçiləri üçün ciddi təhlükə olaraq qalır.

A.Qonsales qeyd edib ki, yoluxma sürəti görünməmiş dərəcədə yüksəkdir və yerli hakimiyyət orqanları lazımi tədbirləri həyata keçirə bilmir.

O əlavə edib ki, yeni şübhəli yoluxma halları hər gün qeydə alınır və laboratoriya müayinələrinin sürəti diaqnozların tez təsdiqlənməsinə imkan vermir. Buna görə də təşkilatın nümayəndəsi epidemiyanın qarşısını almaq üçün laboratoriya müayinələrinin artırılmasına çağırıb.

Mənbə: report.az

Xəbər lenti