IMG-LOGO

Barbados sahillərində 5,6 maqnitudada zəlzələ olub

31 May 2026 06:27 3 baxış
IMG

Barbados ada dövlətinin sahillərində 5,6 maqnitudada zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Geologiya Xidməti (USGS) məlumat yayıb.

Seysmoloqların məlumatına görə, yeraltı təkanlar saat 21:27-də (Bakı vaxtı ilə saat 00:27) qeydə alınıb. Zəlzələnin episentri Oistins kurort şəhərindən 137 km cənub-şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib.

İtki və ya dağıntı barədə məlumat yoxdur.

Mənbə: report.az

Xəbər lenti