Yaponiyanın "SoftBank" şirkəti Fransada yerləşəcək Avropanın ən böyük məlumat mərkəzinin tikintisinə 75 milyard avroya qədər investisiya qoymağı öhdəsinə götürüb.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, "SoftBank" birinci mərhələdə 2031-ci ilə qədər O-de-Frans regionunda 3,1 giqavattlıq məlumat mərkəzinin tikintisinə 45 milyard avro investisiya qoyacaq. Obyektin tutumunun əlavə 2 giqavatt artırılması və ümumi investisiyanın 75 milyard avroya çatdırılması planlaşdırılır.
Qeyd olunur ki, "OpenAI", "Oracle" və "SoftBank" şirkətləri də "Stargate" layihəsi çərçivəsində 2025-ci ildə ABŞ-də beş yeni süni intellekt məlumat mərkəzi tikmək planlarını açıqlayıblar.
Mənbə: report.az