IMG-LOGO

IRIB: ABŞ İrana 12 milyard dollarlıq dondurulmuş aktivlərə çıxış imkanı verə bilər

31 May 2026 03:14 4 baxış
IMG

İranın IRIB dövlət teleradio şirkəti anlaşma memorandumunun layihəsinə istinadən iddia edib ki, ABŞ İrana 60 gün ərzində 12 milyard dollarlıq dondurulmuş aktivlərə çıxış imkanı verməyi öhdəsinə götürüb.

"Report"un məlumatına görə, bu barədə IRIB-in "X" sosial şəbəkəsində dərc etdiyi açıqlamada bildirilib.

"Anlaşma memorandumu layihəsinə əsasən, ABŞ İrana 60 gün ərzində 12 milyard dollarlıq dondurulmuş aktivlərə çıxış imkanı verməyi öhdəsinə götürüb", - paylaşımda qeyd olunur.

Vaşinqtondan hələ məlumatla bağlı rəsmi təsdiq gəlməyib.

Mənbə: report.az

Xəbər lenti