Çempionlar Liqasının finalına getmək üçün Budapeştə gedən britaniyalı azarkeş ağır xəsarət alıb və matça getmək üçün icazə almadan xəstəxananı tərk edib.
"Report"un məlumatına görə, bu barədə Budapeştin Baş Polis İdarəsi xəbər verib.
Polisin məlumatına görə, kişi skuterdən yıxıldıqdan sonra ağır xəsarət alıb. Onunla əlaqə qohumu vasitəsilə qurulub.
Fanat daha sonra tapılıb və "Puşkas-Arena"da İngiltərənin "Arsenal" və Fransanın PSJ komandaları arasında keçirilən oyundan sonra xəstəxanaya qayıdıb. Ona xəstəxanada əlavə tibbi yardım göstərilib.
Mənbə: report.az