Çinin "Çançjen-2D" (Long March 2D) raket daşıyıcısı peyk internetini sınaqdan keçirmək üçün orbitə aparat buraxıb.
"Report"un məlumatına görə, bu barədə CCTV telekanalı xəbər verib.
Məlumata görə, buraxılış Çinin cənub-qərbindəki Siçuan əyalətindəki Siçan kosmodromundan bazar günü Pekin vaxtı ilə 02:07-də (Bakı vaxtı ilə saat 22:07-də) həyata keçirilib. Peyk orbitə uğurla çıxıb.
Aparat peykin mobil cihazlarla birbaşa genişzolaqlı bağlantısı, yerüstü və peyk şəbəkələrinin inteqrasiyası da daxil olmaqla texnologiyaların sınanılması və yoxlanılması üçün nəzərdə tutulub. Yüngül, iki mərhələli "Çançjen-2D" Çinin Raket Mühəndisliyi Tədqiqat İnstitutu (CALT) tərəfindən layihələndirilib və yaradılıb. O, aşağı yer orbitinə 3,5 tona qədər, günəş sinxron orbitinə isə 1,3 tona qədər yük daşıya bilir.
Mənbə: report.az