IMG-LOGO

Nigeriyada vəba epidemiyası 37 nəfərin həyatına son qoyub

31 May 2026 01:18 2 baxış
IMG

Nigeriyada mayda vəbaya 3 000 yoluxma qeydə alınıb, bunlardan 37-si ölümcül olub.

"Report"un "Vanguard"a istinadən məlumatına görə, bu barədə Nigeriyanın Səhiyyə Nazirliyi xəbər verib.

"Borno ştatında yayılan dağıdıcı vəba epidemiyası səbəbindən ölkə ciddi səhiyyə böhranı ilə üzləşir. May ayı ərzində ştatın 36 dairəsində 3 000-dən çox yoluxma və 37 faciəli ölüm hadisəsi qeydə alınıb", - məlumatda bildirilir.

Qeyd edilir ki, ən çox yoluxma ştatın paytaxtı Mayduquridə - 2 000-dən çox qeydə alınıb, siyahıda ikinci yerdə 1 000-dən çox yoluxma halı ilə Jere qərarlaşıb.

Borno ştatının Tibbi Sığorta Sxemi İdarəetmə Agentliyinin (BOSCHMA) icraçı katibi Saleh Abba Kazanın sözlərinə görə, kran suyunun və su anbarlarının təmizlənməsi, tullantıların düzgün utilizasiyası da daxil olmaqla, antisanitariya ilə mübarizə tədbirlərini gücləndirmək vacibdir. "1 %-lik həyəcanverici ölüm nisbəti ilə mövcud vəziyyət tibbi infrastrukturumuzu alt-üst edib və bu xəstəliyin yayılmasına qarşı mübarizə aparmaq üçün təcili kollektiv tədbirlər görülməlidir", - Kaza bildirib.

Mənbə: report.az

Xəbər lenti