IMG-LOGO

Pakistanın Silahlı Qüvvələri iki günlük əməliyyatda 13 yaraqlını zərərsizləşdirib

31 May 2026 01:36 2 baxış
IMG

Pakistanın Silahlı Qüvvələri Xayber-Paxtunxva əyalətində antiterror əməliyyatında 13 yaraqlını zərərsizləşdirib.

"Report"un məlumatına görə, bu barədə "Dawn" nəşri təhlükəsizlik mənbələrinə istinadən xəbər verib.

"Təhlükəsizlik əməliyyatının ilk günündə cümə günü beş yaraqlı məhv edilib. Şənbə günü isə Darra Adamkhel rayonunda qadağan olunmuş "Tarik Qidar" qruplaşmasının üzvləri olan iki Əfqanıstan vətəndaşı da daxil olmaqla səkkiz yaraqlı öldürülüb", - açıqlamada deyilir.

Qeyd olunur ki, əməliyyat ərazidə yaraqlı qrupun olması barədə xəbərlərdən sonra başlayıb.

"Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və əməliyyat davam edir. Əməliyyat son terrorçu öldürülənə qədər davam edəcək", - bəyanatda deyilir.

"Tariq Qidar" "Tehrik-e-Taliban Pakistan" qruplaşmasının bir hissəsidir və əyalətdə döyüşlərdə fəal iştirak edir.

Mənbə: report.az

Xəbər lenti