IMG-LOGO

“Liverpul”un baş məşqçisi klubdan QOVULDU

30 May 2026 17:13 3 baxış
IMG
1 0

“Liverpul”un niderlandlı baş məşqçisi Arne Slot istefaya göndərilib.

Lent.az xəbər verir ki, klubun mətbuat xidməti bu qərarı rəsmən açıqlayıb.

Klub artıq yeni baş məşqçinin axtarışına başlayıb.

47 yaşlı Arne Slot 2024-cü ilin mayında “Liverpul”un baş məşqçisi təyin edilmişdi. O, bu vəzifədə almaniyalı mütəxəssis Jürgen Kloppu əvəz etmişdi. Klopp klubla birlikdə Premyer Liqa və UEFA Çempionlar Liqasının qalibi olmuşdu.

Arne Slot debüt mövsümündə komandanı İngiltərə çempionluğuna aparsa da, 2025/2026 mövsümü uğursuz keçib. Komanda İngiltərə Premyer Liqasında yalnız beşinci yeri tutub və Çempionlar Liqasının dörddəbir final mərhələsini keçə bilməyib.

İdman xəbərləri futbol xəbərləri

Mənbə: lent.az

Xəbər lenti