IMG-LOGO

Azərbaycanın minifutbol millisinin Avropa çempionatının 1/8 finalındakı rəqibi bəlli olub

30 May 2026 16:20 4 baxış
IMG

Minifutbol üzrə Azərbaycan millisinin Slovakiyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi bəlli olub.

"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv növbəti raundda Qazaxıstan ilə üz-üzə gələcək.

Azərbaycan millisi F qrupunu 9 xalla birinci pillədə başa vurub. Qazaxıstan yığması 4 xalla E qrupunda ikinci olub.

Xatırıadaq ki, Azərbaycan komandası qrup mərhələsində Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (1:0) məğlub edib.

Mənbə: report.az

Xəbər lenti