"Kəpəz" futbol klubunun baş məşqçisi Azər Bağırov vəzifəsindən ayrılıb.
Bu barədə "Report"a Gəncə klubunun mətbuat xidmətindən bildirilib.
Mütəxəssislə müddəti başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasında 2025/2026 mövsümünü 27 xalla 10-cu pillədə başa vurub.
Mənbə: report.az