Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı iki fərmanla ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaların Avropa İttifaqının (Aİ) qərarları ilə sinxronlaşdırılmasına dair qərarı qüvvəyə minib.
"Report"un məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.
"20-ci paket çərçivəsində Avropa İttifaqı sanksiyalarının sinxronlaşdırılması 120 şəxs və təşkilatı əhatə edir və Rusiya iqtisadiyyatının əsas sektorlarına yönəlmiş iqtisadi sanksiyalar tətbiq edir. Onların bir hissəsi artıq Ukraynanın sanksiyaları altındadır. Bugünkü qərar Rusiyanın daha 16 vətəndaşına və Rusiya, Belarus, BƏƏ, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın 31 şirkətinə aiddir", – məlumatda deyilir.
Bu, həmçinin Rusiyanın nəzarəti altında olan əraziləri də əhatə edir.
Mənbə: report.az