İngiltərənin "Liverpul" klubu baş məşqçi Arne Slotla yolları ayırdığını açıqlayıb.
"Report" Liverpul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq yeni məşqçi təyinatı prosesinə başlanılıb.
O, İngiltərə Liqa Məşqçiləri Assosiasiyası tərəfindən ötən ilin ən yaxşı məşqçisi adına layiq görülüb. Niderlandlı mütəxəssis 2024/2025 mövsümündə komandaya İngiltərə Premyer Liqasında 20-ci çempionluğunu qazandırıb.
Sözügedən dönəmdə Slotun rəhbərliyi altında "Carabao Kuboku"nun finalına və UEFA Çempionlar Liqasının 1/8 finalına qədər irəliləyən "Liverpul" 2025/2026 mövsümündə çempionluq qazanaraq ardıcıl 2-ci dəfə qitənin nüfuzlu turnirinə vəsiqə qazanıb. Həmçinin Premyer Liqa təmsilçisi 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasında 1/4 finala yüksəlib və burada iki oyunun nəticəsinə görə (0:4) PSJ-yə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, A.Slot 2024-cü ilin yayından "Liverpul"u çalışdırırdı.
Mənbə: report.az