İngiltərənin "Arsenal" klubu Çempionşip təmsilçisi "Lester"in 16 yaşlı vingeri Ceremi Monqanı heyətinə qatmağa yaxındır.
"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, İngiltərənin digər klublarının marağına baxmayaraq, London təmsilçisində bu keçidin uğurlu yekunlaşacağı gözlənilir.
Premyer Liqa klublarının diqqət mərkəzində olan futbolçunun "Lester"i tərk edəcək. Həmçinin "Mançester Yunayted" və "Mançester Siti" də gənc oyunçunu yaxından izləyirlər.
Qeyd edək ki, ötən mövsüm "Lester"in heyətində 30 matçda meydanda olan və 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan C.Monqanın dəyəri 15 milyon avro qiymətləndirilir.
Mənbə: report.az