Fövqəladə Hallar Nazirliyi Oğuzda ağaca çırpılan avtomobildə sürücünün xilas olunma görüntülərini yayıb.
Nazirlikdən Lent.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə Oğuz rayonu, Bayan kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 32 yaşlı A.Əmiraslanov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
*** 10:16
Oğuzda yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Qaraməryəm-Şəki yolunun Qumlaq kəndindən keçən hissəsində qeydə alınıb.
32 yaşlı Amil Əmiraslanovun "Mercedes" markalı avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişini olan 45 yaşlı Sevinc Əlifova xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Hadisələr yol qəzasıMənbə: lent.az