IMG-LOGO

"Barselona" "Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiolu transfer etmək istəyir

30 May 2026 11:02 3 baxış
IMG

İspaniyanın "Barselona" klubu "Mançester Siti"nin (İngiltərə) müdafiəçisi Yoşko Qvardiolu heyətinə qatmağı planlaşdırır.

"Report" COPE-a istinadən xəbər verir ki, Mançester təmsilçisi cəlbedici təklif qarşılığında 24 yaşlı xorvatiyalı oyunçunu satmağa hazırdır.

Klublar arasında reallaşa biləcək keçidin məbləği müzakirə olunur. Qvardiol ötən mövsüm sözügedən kollektivdə 24 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

Mənbə: report.az

Xəbər lenti