IMG-LOGO

İranla sərhəddə 20 kilodan çox narkotik ələ keçirildi

30 May 2026 11:26 3 baxış
IMG
0 0

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20 kiloqram 615 qram narkotik vasitə marixuana və 470 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisələr narkotik

Mənbə: lent.az

Xəbər lenti