IMG-LOGO

Nikolas Otamendi "River Pleyt" klubu ilə müqavilə imzalayıb

30 May 2026 10:10 4 baxış
IMG

Argentina millisinin müdafiəçisi Nikolas Otamendi karyerasını ölkəsində davam etdirəcək.

"Report" xəbər verir ki, 38 yaşlı futbolçu "River Pleyt" klubu ilə müqavilə imzalayıb.

Təcrübəli arxa xətt oyunçu ilə müqavilənin müddəti 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulub.

Qeyd edək ki, N.Otamendi 2020-ci ildən Portuqaliya təmsilçisi "Benfika"nın formasını geyinirdi.

Mənbə: report.az

Xəbər lenti