IMG-LOGO

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub

30 May 2026 10:24 3 baxış
IMG

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Dənizkənarı Bulvar ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzillərindən birində qeydə alınıb.

Yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikaları cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

Mənbə: report.az

Xəbər lenti