IMG-LOGO

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatında növbəti oyununa bu gün çıxacaq

30 May 2026 09:01 3 baxış
IMG

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti oyununa bu gün çıxacaq.

"Report"un Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunundakı üçüncü matçında Fransa ilə üz-üzə gələcək.

"Tipos Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.

Bugünkü görüş qrup liderliyi baxımından önəmli olacaq.

Xatırladaq ki, ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edən Azərbaycan millisi pley-offa vəsiqəni təmin edib. Turnirə iyunun 4-də yekun vurulacaq. Komandamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.

Mənbə: report.az

Xəbər lenti