IMG-LOGO

ABŞ Türkmənistan qazının Transxəzər marşrutlarla ixracını dəstəkləyir

30 May 2026 01:43 3 baxış
IMG

ABŞ Türkmənistan təbii qazının ixracının Transxəzər marşrutlarla diversifikasiyasını dəstəkləyir.

"Report"un Dövlət Departamentinin mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio ilə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov arasında Vaşinqtonda keçirilən görüşün yekunlarına dair bəyanatda deyilir.

Rubio həmçinin Meredova "son ticarət sazişlərində əldə olunmuş tərəqqiyə" görə təşəkkür edib. Tərəflər energetika, təhlükəsizlik və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

"Dövlət katibi ABŞ-nin Türkmənistandan təbii qaz ixracının Transxəzər marşrutlar vasitəsilə diversifikasiyasına qəti dəstəyini ifadə edib", - bəyanatda bildirilib.

Mənbə: report.az

Xəbər lenti