IMG-LOGO

Dağıstanda 40-dan çox yaşayış məntəqəsi işıqsız qalıb

29 May 2026 21:31 2 baxış
IMG

Elektrik xəttində baş verən qısaqapanma Dağıstan Respublikasında (Rusiya) 42 yaşayış məntəqəsinin işıqsız qalmasına səbəb olub.

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsi məlumat yayıb.

"Xəttdəki qısaqapanma nəticəsində Dağıstan Respublikasının 4 bələdiyyə rayonunun 42 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində qəza xarakterli kəsintilərin qeydə alınması barədə məlumat daxil olub. Elektrik kəsintisi zonasına Aquşinski, Axtınski, Şamilski və Tsuntinski rayonları daxildir", - qurumun rəsmi məlumatında deyilir.

Qəza-bərpa işlərinin aparılması üçün 28 mütəxəssis və 8 ədəd xüsusi texnika cəlb olunub.

Mənbə: report.az

Xəbər lenti