“Bayern Münhen” X sosial şəbəkəsində yarımmüdafiəçi Leon Qoretska ilə vidalaşıb.
Lent.az xəbər verir ki, futbolçu müqavilə müddəti başa çatdıqdan sonra komandadan ayrılacaq.
“8 il, 16 titul. Bir miras. Hər şey üçün təşəkkürlər, Leon. Sənin yolun tariximizin bir hissəsi olaraq qalacaq”, — klubun paylaşımında qeyd olunub.
31 yaşlı Leon Qoretska 2018-ci ildən “Bavariya”nın formasını geyinirdi. O, klubla birlikdə yeddi dəfə Almaniya çempionu (2018/2019, 2019/2020, 2020/2021, 2021/2022, 2022/2023, 2024/2025, 2025/2026), üç dəfə Almaniya Kubokunun qalibi (2018/2019, 2019/2020, 2025/2026) və dörd dəfə Almaniya Superkubokunun sahibi (2018, 2020, 2021, 2025) olub.
Bundan əlavə, Qoretska UEFA Çempionlar Liqasının (2019/2020), UEFA Superkubokunun (2020) və klublararası dünya çempionatının (2020) qalibi adını qazanıb.
İdman xəbərləri futbol xəbərləri
Mənbə: lent.az