IMG-LOGO

SEPAH: Son sutkada Hörmüz boğazından 24 gəmi keçib

29 May 2026 19:20 2 baxış
IMG

Son 24 saat ərzində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) koordinasiyası ilə 24 gəminin Hörmüz boğazından keçidi təmin olunub.

"Report" xəbər verir ki, bu barədə SEPAH məlumat yaytıb.

"Son 24 saat ərzində neft tankerləri, konteyner gəmiləri və digər ticarət gəmiləri daxil olmaqla, 24 gəmi icazə aldıqdan sonra SEPAH HDQ-nin koordinasiyası və təhlükəsizlik təminatı ilə Hörmüz boğazından keçib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Hörmüz boğazına nəzarət qətiyyətlə həyata keçirilir və hər hansı pozuntunun qarşısı sərt şəkildə alınacaq.

Mənbə: report.az

Xəbər lenti