IMG-LOGO

Sumqayıtda yük avtomobilləri toqquşub, xəsarət alanlar var

29 May 2026 17:26 2 baxış
IMG

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində - Yaşma bağları ərazisində yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, ATECO və "Ford" markalı yük avtomobillərinin toqquşması nəticəsində sonuncu yolun kənarına aşıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti