IMG-LOGO

Peskov: Ermənistan yalnız öz hesabına Aİ ilə inteqrasiya edə bilər

29 May 2026 15:51 6 baxış
IMG

Avropa İttifaqı (Aİ) istiqamətində hərəkət etmək Ermənistanın suveren hüququdur, lakin o, bunu Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin maliyyəsi hesabına etməməlidir.

"Report"un Rusiya mediasına istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

"Daha bir böyük sual var: Avropa İttifaqı istiqamətində hərəkət etmək Ermənistanın suveren hüququdur. Lakin Ermənistan bunu Aİİ ölkələrinin maliyyəsi hesabına edə bilməz və etməməlidir, o, bunu öz hesabına etməlidir", - D.Peskov bildirib.

Onun sözlərinə görə, Ermənistan Aİ ilə yaxınlaşdıqca gec-tez onun qəbul etdiyi normaların Aİİ-nin norma və qaydaları ilə ziddiyyət təşkil edəcəyi bir vəziyyətə düşəcək.

Mənbə: report.az

Xəbər lenti