“Bornmut”un baş məşqçisi Andoni İraola, dünən “Milan”ı rədd edib “Kristal Pelas”a seçsə də, qərarını dəyişərək “Bayer Leverkuzen”lə danışıqlar aparıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, tərəflər arasında hələ yekun razılıq əldə olunmasa da, ispan mütəxəssislə danışıqlar son mərhələyə çatıb. Beləliklə, Leverkuzen təmsilçisi 43 yaşlı məşqçi uğrunda mübarizədə “Milan” və “Kristal Pelas”ı qabaqlaya bilər.
Bundan əvvəl İraolanın “Milan” rəhbərliyi üçün əsas namizəd olduğu, lakin keçidin baş tutmadığı bildirilib. Daha sonra onun “Kristal Pelas”a rəhbərlik etməyə razılaşdığı və bu barədə cümə axşamı rəsmi açıqlama veriləcəyi gözlənilsə də, məşqçi qərarını dəyişib.
İraola 2023-cü ilin yayından rəhbərlik etdiyi “Bornmut” klubunu cari mövsümün sonunda tərk edəcək.
İdman xəbərləri futbol xəbərləriMənbə: lent.az