IMG-LOGO

II Liqaya vəsiqə uğrunda pley-off oyunu bu gün keçiriləcək

29 May 2026 11:15 19 baxış
IMG

Futbol üzrə Azərbaycan II Liqasına vəsiqə qazanmaq uğrunda pley-off oyunu bu gün keçiriləcək.

"Report"un məlumatına görə, "Biləsuvar" və "Ağstafa Gəncləri" komandaları üz-üzə gələcəklər.

Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.

Xatırladaq ki, ötən mövsüm "Ağstafa Gəncləri" 2-ci Liqanı 11-ci pillədə başa vurub. "Biləsuvar" isə Region Liqasında üçüncü yeri tutub.

Mənbə: report.az

Xəbər lenti