Şəxsi kompüterinizi vaxtaşırı yenidən yükləməyiniz məsləhətdir.
Lent.az xəbər verir ki, bunu İT mütəxəssisi Sergey Kuzmenkonun bildirib.
Onun sözlərinə görə, bu adi hərəkət cihazla bağlı əksər xırda problemləri aradan qaldırmağa kömək edə bilər.
Kompüterinizi müntəzəm olaraq yenidən yükləməyin faydalı olmasının ən azı beş səbəbi var. Onlardan biri yeniləmələrin düzgün quraşdırılmasıdır. Çünki əməliyyat sistemində və ya proqram təminatında bir çox dəyişiklik kompüterin tamamilə söndürülməsini və sonra işə salınmasını tələb edir. Başqa bir səbəb proqram təminatı və RAM-da kiçik qüsurları aradan qaldırmaqdır.
"Təhlükəli proqram və ya kiçik nasazlıqlar laptopun operativ yaddaşında və daxili yaddaşında problemlər yarada bilər. Bu da kompüterin donmasına və işin ləngiməsinə səbəb olur", - Kuzmenko qeyd edib.
Onun sözlərinə görə, yenidən yükləmə əməliyyat sisteminin ümumi işini yaxşılaşdırmağa kömək edir və proqramların bəzən bağlandıqdan sonra istifadə olunmuş RAM-ı “geri qaytarmaması” ilə bağlı yaddaş sızmalarını aradan qaldırır.
Mütəxəssis hesab edir ki, yenidən yükləmə həm də sistemin donması kimi kiçik və ya printerlər kimi aparat problemlərini həll edə bilər.