IMG-LOGO

Erlan Akkenjanov: Qazaxıstan neft ixracı üçün Bakı-Supsa marşrutunu nəzərdən keçirməyə hazırdır

29 May 2026 10:04 28 baxış
IMG

Qazaxıstan neft ixracı üçün müxtəlif marşrutları, o cümlədən Bakı-Supsa neft kəmərini nəzərdən keçirir.

"Report" "İnterfaks-Qazaxıstan"a istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Erlan Akkenjanov bəyan edib.

Onun sözlərinə görə, Azərbaycandan bu istiqamətdə hələ ki rəsmi təklif daxil olmayıb.

Xatırladaq ki, 2026-cı ilin mayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər.

"Bakı-Supsa" - "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neftin nəqli üçün nəzərdə tutulan ixrac marşrutudur. Neft kəmərinin uzunluğu 837 km-dir: bunun 775 km-i diametri 21 düym (530 mm) olan yeni boru kəmərindən, 55 km-i isə rekonstruksiya olunmuş kəmərdən ibarətdir. Kəmərin illik ötürücülük qabiliyyəti 7 milyon tondan çox (gündə 145 min barel) təşkil edir. Bu istiqamət üzrə nəql 2022-ci ilin yazında dayandırılıb.

Mənbə: report.az

Xəbər lenti