IMG-LOGO

ABŞ Raul Kastronu ekstradisiya etməkdə israrlıdır

29 May 2026 08:34 24 baxış
IMG

ABŞ Kuba inqilabının liderlərindən biri olan Raul Kastronun ölkə ərazisinə qaytarılması üçün bütün mümkün tədbirləri görmək niyyətindədir.

"Report"un məlumatına görə, ABŞ-nin baş prokuroru vəzifəsini icra edən Todd Blanş bunu Fox News-a verdiyi müsahibədə bildirib.

"Bizə Kastronun burada məhkəmə qarşısına çıxması lazımdır. Onun bura gətirilməsi üçün əlimizdən gələni edəcəyik", - deyə o əlavə edib.

Blanşın sözlərinə görə, Vaşinqton adətən bu məqsədlərə ekstradisiya və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yolu ilə nail olur.

Mənbə: report.az

Xəbər lenti