Kolumbiyada "Zijin Gold" şirkətinin Buritika qızıl mədəninə edilən hücum nəticəsində bir işçi ölüb, digəri isə yaralanıb.
"Report"un Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə barədə məlumat Kolumbiya Milli Mədən Assosiasiyası tərəfindən açıqlanıb.
"Zijin Gold" hələlik hadisə ilə bağlı şərh verməyib.
Buritika Kolumbiyanın ən böyük qızıl mədəni hesab olunur. Keçən il bir qrup şəxs əraziyə qanunsuz daxil olaraq əldəqayırma partlayıcı qurğularla elektrik təchizatına zərər verdikdən sonra mədən fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Mənbə: report.az