IMG-LOGO

ABŞ "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb

29 May 2026 03:09 29 baxış
IMG

ABŞ Maliyyə Nazirliyi Rusiyanın "Lukoyl" neft şirkətinin xarici aktivlərinin satışı üzrə əməliyyatlara dair lisenziyanın müddətini 27 iyunadək uzadıb.

"Report" xəbər verir ki, bu barədə nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən dərc edilmiş sənəddə qeyd olunub.

Lisenziya əvvəlcə 17 yanvar tarixinə qədər qüvvədə olub və sonradan bir neçə dəfə, ən son olaraq 30 maya qədər uzadılıb.

Bu, "Lukoil International GmbH" şirkətinin satışı, özgəninkiləşdirilməsi və ya köçürülməsi və onun aktivləri ilə bağlı danışıqlarla bağlı əməliyyatları ABŞ sanksiyalarından azad edir.

Mənbə: report.az

Xəbər lenti