Rusiya millisi yoldaşlıq oyununda Misir yığmasına 0:1 hesabı ilə məğlub olub.
Lent.az xəbər verir ki, Qahirədə keçirilən görüşdə yeganə qolu 65-ci dəqiqədə Əbdülrauf Mostafa vurub.
Qarşılaşmanın nəticəsi FIFA reytinqinə təsir edəcək. Hazırda Misir millisi FIFA reytinqində 29-cu, Rusiya isə 36-cı pillədə qərarlaşıb.
Bu oyun Rusiyanın beynəlxalq sanksiyalardan sonra FIFA reytinqində nəzərə alınan 26-cı matçı olub. Komanda bu müddətdə ikinci dəfə məğlubiyyət yaşayıb. Bundan əvvəl Rusiya yığması 2025-ci ilin noyabrında Çiliyə 0:2 hesabı ilə uduzub.
rusiya misir
Mənbə: lent.az